Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO

Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO

Tarix: 11 Aug 2026 19:31

Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü İsmayılov Rüfət İsrayıl oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Dənizkənarı Milli Park dənizdə batma təhlükəsi xilasetmə

Mənbə: apa.az

Xəbər Lenti