Çərşənbə, 12 Avqust, 2026
Tarix: 12 Aug 2026 16:57
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.
Günay Elşən Elm və Təhsil Nazirliyi magistratura
Mənbə: apa.az