Beyləqanda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır

Beyləqanda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır

Tarix: 12 Aug 2026 20:28

Beyləqanda 11 yaşlı uşağı avtomobil vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi Beyləqan şəhəri ərazisində baş verib.

Hadisə zamanı avtomobil 11 yaşlı Səqi Mehdiyevi vurub. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy

Mənbə: apa.az

Xəbər Lenti