Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb - VİDEO - YENİLƏNİB

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb - VİDEO - YENİLƏNİB

Tarix: 12 Aug 2026 19:21

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

18:10

Mingəçevirdə Gədəbəy sakini su anbarında boğulub.

APA xəbər verir ki, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu Mingəçevir su anbarında çimərkən boğulub.

Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy

Mənbə: apa.az

Xəbər Lenti