Cümə axşamı, 13 Avqust, 2026
Tarix: 12 Aug 2026 22:44
Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 19:10 radələrindən başlayaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunublar.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri tibb müəssisələrinin müvafiq şöbələrində davam etdirilir. 3 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
22:15
Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 19:10 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.
***
20:58
Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” və “Naz Lifan” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Yevlax qəzaMənbə: apa.az