Yevlaxda yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB-3

Yevlaxda yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB-3

Tarix: 13 Aug 2026 09:32

Yevlaxda yol-nəqliyyat hadisəsində ölən şəxslərin kimliyi məlum olub.

APA xəbər verir ki, rayonun Salahlı kəndindən keçən hissəsində Aqşin Hüseynov idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.

Hadisə nəticədə Akif Hacıyev və həmin avtomobildə olan sərnişin Sabir Hacıyev aldğı xəsarətlərdən hadisə yerində ölüb. Bundan başqa, Elcan Hacıyev, Əli Hacıyev, Nihad Hacıyev və Rza Xurşudov xəsarət alıb.

Faktı üzrə Yevlax RPŞ-nin İstintaq Bölməsində CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

***

12 avqust, 22.44

Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 19:10 radələrindən başlayaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunublar.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müalicələri tibb müəssisələrinin müvafiq şöbələrində davam etdirilir. 3 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***

22:15

Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 19:10 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.

***

20:58

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Naz Lifan” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Yevlax qəza

Mənbə: apa.az

Xəbər Lenti