​​​​​​​Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır

​​​​​​​Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır

Tarix: 13 Aug 2026 10:42

Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M. Allahverdiyeva, 1980-ci il təvəllüdlü A. Allahverdiyev, 1984-cü il təvəllüdlü S. Əliyev, 1986-cı il E. Cabbarov və 1975-ci il təvəllüdü M. Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.

Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.

Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.

Hazırda araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.

“Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə AQTA-da qeyd ediblər.

Fuad Nazimoğlu

Günay Elşən

Samux xəstəxana AQTA araşdırma

Mənbə: apa.az

Xəbər Lenti