Cümə axşamı, 13 Avqust, 2026
Tarix: 13 Aug 2026 15:00
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Mənbə: apa.az