Cümə axşamı, 13 Avqust, 2026
Tarix: 13 Aug 2026 14:51
Bu ilin iyul ayında Türkiyədə əcnəbi vətəndaşlara ümumilikdə 2 120 mənzil satılıb.
“APA-Economics” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, ötən ay Azərbaycan vətəndaşları qonşu ölkədə 90 daşınmaz əmlak alıblar.
Hesabat ayında Türkiyədə xaricilərə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 1,9% azalıb. Yanvar–iyul aylarında isə əcnəbilərə ümumi mənzil satışı illik müqayisədə 7,3% azalaraq 11 203 ədəd təşkil edib.
İyulda ən çox mənzil alan xarici vətəndaşlar Rusiya Federasiyası vətəndaşları olub. Həmin ay Rusiya vətəndaşları Türkiyədə 393 mənzil alıblar. İkinci sırada İran vətəndaşları yer alıb. Onlar Türkiyədə 189 ev alıb. Ukrayna vətəndaşları isə ötən ay 145 mənzil alaraq siyahının üçüncü yerində qərarlaşıblar.
Xatırladaq ki, 2025-ci ildə Türkiyədə Azərbaycan vətəndaşlarına ümumilikdə 983 mənzil satılıb.
İlahə Səlimova Türkiyə mənzil ev alqı-satqı azərbaycanlılar Azərbaycan vətəndaşları ev alışıMənbə: apa.az