KİV: ABŞ “George Washington” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək

KİV: ABŞ “George Washington” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək

Tarix: 13 Aug 2026 21:16

ABŞ “USS George Washington” aviadaşıyıcı gəmisini Yaxın Şərqə göndərməyə hazırlaşır.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, gəmi bölgədə planlı rotasiya çərçivəsində “USS Abraham Lincoln” aviadaşıcısını əvəz edəcək.

“USS Abraham Lincoln” yanvar ayından Yaxın Şərqdədir. Qəzetin məlumatına görə, gəmi ABŞ-ın İrana qarşı “Epik qəzəb” əməliyyatında və daha sonra İran limanlarının blokadasında iştirak edib.

Aviadaşıcının uzunmüddətli fəaliyyəti ABŞ qanunvericilərində narahatlıq yaradıb. “USS Abraham Lincoln” artıq 250 gündən çoxdur dənizdədir və 200 gündür limana daxil olmayıb. Bu, gəminin fasiləsiz dənizdə qalması üzrə rekorddur.

ABŞ Yaxın Şərq aviadaşıyıcı

Mənbə: apa.az

Xəbər Lenti