KİV: ABŞ İranla müharibədə “MQ-9 Reaper” PUA-larının təxminən dörddə birini itirib

KİV: ABŞ İranla müharibədə “MQ-9 Reaper” PUA-larının təxminən dörddə birini itirib

Tarix: 13 Aug 2026 20:19

ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalın tükənməsi səbəbindən "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatlarının (PUA) təxminən 25 faizini itirib.

Bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, ABŞ ordusu ümumilikdə 45 "MQ-9 Reaper itirib". Bu PUA-lar Hörmüz boğazı ərazisində İran üçün “asan hədəfə” çevrilib.

Aşağı hündürlükdə və nisbətən aşağı sürətlə uçan "MQ-9 Reaper"lər kəşfiyyat və dəqiq zərbələrin endirilməsi üçün istifadə olunur. Quraşdırılan sensor və silahların növündən asılı olaraq bir PUA-nın qiyməti 30-50 milyon dollar arasında dəyişir.

WP-nin hesablamalarına görə, PUA-ların itirilməsi nəticəsində ABŞ vergiödəyicilərinin potensial xərcləri 1,3 milyard dolları ötür.

Qəzetin məlumatına görə, itirilən PUA-ların hamısı vurulmayıb. Bəzi aparatların operatorları ilə əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.

Mənbə: apa.az

Xəbər Lenti