Cümə, 14 Avqust, 2026
Tarix: 14 Aug 2026 00:43
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yolu keçən Şirvan sakini, 1966-cı il təvəllüdlü Valeh Hüseynovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı Hacıqabul yol qəzası piyada
Mənbə: apa.az