Cümə, 14 Avqust, 2026
Tarix: 14 Aug 2026 00:33
Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib. Güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb.
Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, bu gün yağan güclü yağışdan sonra Zəyəm çayında selin səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.
Fuad Nazimoğlu Tovuz sel İsəkənd
Mənbə: apa.az