Bazar, 30 Avqust, 2026
Tarix: 14 Aug 2026 02:23
Abu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus iki gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.
Bu barədə BƏƏ-nin "WAM" agentliyi ADNOC-un açıqlamasına istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, hadisə avqustun 13-də axşam saatlarında baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb.
ADNOC vəziyyətin nəzarət altında olduğunu bildirib.
BƏƏ Hörmüz boğazı ADNOC
Mənbə: apa.az