Rusiya ordusu Sumıda evə dron zərbəsi endirib, ana və 9 yaşlı oğlu ölüb

Rusiya ordusu Sumıda evə dron zərbəsi endirib, ana və 9 yaşlı oğlu ölüb

Tarix: 14 Aug 2026 11:15

Rusiya ordusunun Ukraynanın Sumı vilayətinin Burın icmasında iki reaktiv pilotsuz uçuş aparatı ilə yaşayış evinə endirdiyi zərbə nəticəsində 29 yaşlı qadın və onun 9 yaşlı oğlu ölüb.

APA xəbər verir ki, bu barədə Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

Onun sözlərinə görə, zərbə səhər saatlarında endirilib. Hücum nəticəsində fərdi yaşayış evi ciddi dağılıb və yanğın baş verib. Qadın və onun azyaşlı oğlu hadisə yerində həyatını itirib.

Daha 4 nəfər yaralanıb.

İlqar Xudiyev Rusiya yaşayış evinə dron zərbəsi Ukrayna Sumı vilayəti

Mənbə: apa.az

Xəbər Lenti