Cümə, 14 Avqust, 2026
Tarix: 14 Aug 2026 11:08
Bu gün səhər saatlarında İranın Xuzistan vilayətinin Hüseyniyyə şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib. APA-nın Tehran bürosunun xəbərinə görə, zəlzələ İranın qərb və cənub-qərbində yerləşən Xuzistan, İlam və Luristan vilayətlərinin sərhəd bölgələrində hiss olunub. Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də mümkün dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
Haşim Rahimi İran zəlzələMənbə: apa.az