NYT: Rusiyanın zərbələri qlobal ərzaq tədarükünü təhdid edir

NYT: Rusiyanın zərbələri qlobal ərzaq tədarükünü təhdid edir

Tarix: 14 Aug 2026 11:05

Rusiyanın taxıl daşıyan gəmilərə qarşı həyata keçirdiyi zərbələr Ukrayna ilə uzun müddətdir davam edən dəniz müharibəsinin bir hissəsidir.

Bu barədə “The New York Times”da yayımlanan məqalədə deyilir.

Qəzet yazır ki, Rusiya artıq qlobal ərzaq təminatını təhdid edir.

Bildirilir ki, Rusiya qüvvələrinin Odessa limanında və ətrafında yük gəmilərinə hücumları Ukraynanın qlobal iqtisadiyyatla ən mühüm bağlantılarından biri olan limanda dəniz daşımalarını demək olar ki, dayandırıb.

Məqalədə o da bildirilir ki, Rusiyanın yük gəmilərini hədəf alan kampaniyası Ukraynada məhsul yığım mövsümünün başlanmasına təsadüf edib. Ukrayna dünyanın əsas buğda, qarğıdalı və arpa istehsalçılarından biri olduğundan, dəniz daşımalarına qarşı hücumlar qlobal ərzaq tədarükü zəncirində ciddi problemlərə səbəb ola bilər.

“The New York Times” xatırladır ki, 2022-ci ildə genişmiqyaslı müharibənin ilk aylarında Rusiya Ukrayna limanlarını blokadaya almış, bunun nəticəsində dünya ərzaq qiymətləri kəskin yüksəlmiş və təxminən 70 milyon insan kəskin ərzaq çatışmazlığı riski ilə üzləşmişdi.

Ukrayna Limanlar Assosiasiyasının rəhbəri Dmitro Barinov qəzetə açıqlamasında Rusiyanın bu gəmiləri məqsədli şəkildə təqib etdiyini bildirərək, bunu “mülki gəmilərin peşəkar şəkildə ovlanması” kimi xarakterizə edib.

İlqar Xudiyev Rusiya qlobal ərzaq təminatına təhdid Ukrayna yük gəmilərinə hücumlar

Mənbə: apa.az

Xəbər Lenti