NATO qırıcıları Latviyanın hava məkanına daxil olan PUA-nı vurub

NATO qırıcıları Latviyanın hava məkanına daxil olan PUA-nı vurub

Tarix: 14 Aug 2026 10:55

NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrul xidmətində iştirak edən qırıcıları Latviyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) vurub.

APA xəbər verir ki, bu barədə Latviyanın Milli Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, hadisə 14 avqust gecəsi ölkənin şərqindəki Balvi rayonu yaxınlığında baş verib. Bildirilir ki, xarici PUA Rusiyanın radioelektron mübarizə vasitələrindən istifadə etməsi nəticəsində istiqamətini dəyişərək Latviyanın hava məkanına daxil olub.

Latviya ordusu ölkənin hava məkanına yeni PUA-ların daxil olması və ya ona yaxınlaşması hallarının baş verə biləcəyi barədə xəbərdarlıq edib. Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə belə təhlükənin qalacağı gözlənilir.

Latviyanın Milli Silahlı Qüvvələri və NATO müttəfiqlərinin ölkənin hava məkanını fasiləsiz monitorinq etdiyi, mümkün təhlükələrə dərhal reaksiya vermək imkanlarının gücləndirildiyi bildirilib. Həmçinin Latviyanın şərq sərhədində hava hücumundan müdafiə imkanlarının artırılması üçün əlavə bölmələrin bölgəyə göndərildiyi açıqlanıb.

İlqar Xudiyev NATO PUA Latviya Rusiya

Mənbə: apa.az

Xəbər Lenti