Cümə, 14 Avqust, 2026
Tarix: 14 Aug 2026 12:24
Birləşmiş Ərəb Əmirlikləri İranı dövlətə məxsus Abu Dhabi National Oil Company (ADNOC) şirkəti ilə əlaqəli iki gəmiyə Hörmüz boğazından keçərkən hücum etməkdə ittiham edib.
APA xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
BƏƏ XİN hadisəni “İranın düşmənçilik xarakterli hücumu” adlandırıb.
Nazirliyin məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb.
ADNOC da iki gəmisinin cümə axşamı axşam saatlarında Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını təsdiqləyib. Şirkət vəziyyətin nəzarətə götürüldüyünü bildirib. Gəmilərin adları, yükü və mümkün zərərin miqyası açıqlanmayıb.
BƏƏ Xarici İşlər Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunu kommersiya gəmiçiliyini hədəfə almaqda və Hörmüz boğazından iqtisadi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib. Nazirlik bunun regional sabitlik və qlobal enerji təhlükəsizliyi üçün təhdid yaratdığını bildirib.
İlqar Xudiyev BƏƏ SEPAH İran ADNOC gəmilərə hücumMənbə: apa.az