Lənkəranda açıq sahələrdə yanğınlar söndürülüb - VİDEO

Lənkəranda açıq sahələrdə yanğınlar söndürülüb - VİDEO

Tarix: 14 Aug 2026 12:17

Lənkəranda açıq sahələrdə baş vermiş yanğınlar söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin “112" qaynar telefon xəttinə Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Emin Şirvanzadə Lənkəran yanğın

Mənbə: apa.az

Xəbər Lenti