Cümə, 14 Avqust, 2026
Tarix: 14 Aug 2026 14:48
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2 378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,4 faiz çox xidmət göstərilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, xidmətlərin 742,1 milyon manatını (31.2 faizini) mobil telefon rabitəsi, 383,0 milyon manatını (16,1 faizini) internet, 379,3 milyon manatını (16,0 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 274,2 milyon manatını (11,5 faizini) informasiya, 600,0 milyon manatını (25,2 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 34,8 faiz, internet xidmətləri 22 faiz, informasiya xidmətləri 13,2 faiz, mobil telefon rabitəsi xidmətləri 2,9 faiz, digər informasiya və rabitə xidmətləri 4,9 faiz artıb.
Emil İsmayılov Dövlət Statistika Komitəsi informasiya rabitə internet mobil telefonMənbə: apa.az