Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə olub - YENİLƏNİB

Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə olub - YENİLƏNİB

Tarix: 14 Aug 2026 16:39

Bu gün səhər saatlarında Şəmkir stansiyasının ərazisində Gürcüstandan Bakıya gedən yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb.

Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Tüstülənmə qısa zamanda aradan qaldırılıb, digər vaqonlar mühafizə olunub.

Hadisənin 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

***

12.14

Şəmkirdə qatarda yanğın olub.

APA-nın yerli müxbiri xəbər verir ki, Gürcüstandan Azərbaycana gələn yük qatarının bir vaqonunda Şəmkir stansiyası ərazisində yanğın qeydə alınıb.

İlkin məlumata görə, yanğın 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verib.

Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu yük qatarı tüstülənmə
Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə olub - YENİLƏNİB
Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə olub - YENİLƏNİB
Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə olub - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti