Sadır Japarov: Qırğızıstan Çinə olan borcunu 2035-ci ilədək tam ödəyəcək

Sadır Japarov: Qırğızıstan Çinə olan borcunu 2035-ci ilədək tam ödəyəcək

Tarix: 14 Aug 2026 19:28

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Çinə olan borcunu 2035-ci ilədək tam ödəməyi planlaşdırdığını bildirib.

APA xəbər verir ki, Sadır Japarov bunu Qırğızıstan mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Qırğızıstanın Çin İxrac-İdxal Bankına (Eximbank) 1,3 milyard dollar borcu var. 2020-ci ildə bu məbləğ 1,8 milyard dollar təşkil edib. Son beş il ərzində Qırğızıstan Çinə təxminən 500 milyon dollar borc ödəyib və bu müddətdə Çindən yeni kredit götürməyib.

Japarov qeyd edib ki, hazırda ölkənin ümumi dövlət borcu təxminən 10 milyard dollar təşkil edir.

Qırğızıstan Prezidenti əlavə edib ki, dövlət borcunun ÜDM-ə nisbəti də əhəmiyyətli dərəcədə azalıb. Belə ki, bu göstərici 2020-ci ildə 70 faizdən bu il 30 faizə düşüb.

İlqar Xudiyev Qırğızıstan Prezidenti Sadır Japarov

Mənbə: apa.az

Xəbər Lenti