Bazar, 16 Avqust, 2026
Tarix: 15 Aug 2026 18:13
Ucarda yol qəzası olub, xəsarət alanlar var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib. Belə ki, "Mercedes" markalı minik maşını ilə "Hyundai" markalı minik maşını toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb. Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zahid Abışov




Mənbə: apa.az