Ucarda yol qəzası olub, xəsarət alanlar var

Ucarda yol qəzası olub, xəsarət alanlar var

Tarix: 16 Aug 2026 12:19

Ucarda rayonunda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1974- ci il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.

Nəticədə sürücü A. Əliyev sərnişinləri- Bakı şəhər sakini, 1986- cı il təvəllüdlü Günel Əliyeva və Tovuz şəhər sakini, 1958- cu il təvəllüdlü Şura Tağıyeva müxtəlif xəsarətlər alıblar.

Fakt araşdırılır.

Zahid Abışov

Mənbə: apa.az

Xəbər Lenti