Bazar, 16 Avqust, 2026
Tarix: 16 Aug 2026 12:16
Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, daş karxanasında baş verən bədbəxt hadisə nəticəsində Cəlilabad rayonunun Səttarxan küçəsinin sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev həyatını itirib.
Məlumata əsasən, o, daş karxanalarının birində ehtiyatsızlıq nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlkin RzayevMənbə: apa.az