Bakıda bəzi marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib

Bakıda bəzi marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib

Tarix: 16 Aug 2026 12:10

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Bu barədə APA-ya AYNA-dan məlumat verilib.

Məlumata görə,

Dəyişikliklər belədir:

2 nömrəli marşrut:

“Dərnəgül” m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;

Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

10 nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

20 nömrəli marşrut:

Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

88A nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;

“Azadlıq prospekti” m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

İlahə Səlimova

Mənbə: apa.az

Xəbər Lenti