Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 17 Aug 2026 08:17
Cəlilabaddan keçən yük avtomobili yanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı Şapi Maqammedovun idarə etdiyi yük avtomobilində yanğın baş verib.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Qısa müddətdə yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Cəlilabad avtomobil





Mənbə: apa.az