Gələn aydan Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

Gələn aydan Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

Tarix: 17 Aug 2026 10:22

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

ADY sərnişinlərə qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almaqlarını tövsiyə edib.

Emil İsmayılov ADY dəmir yolları
Gələn aydan Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

Mənbə: apa.az

Xəbər Lenti