Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 12:11
Tanışını qətlə yetirməkdə təqsirləndirilən Rauf Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rauf Sadıqov 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 26-da Xətai rayonu NZS qəsəbəsində baş verib. Şəxsi münasibətlər zəminində 1994-cü il təvəllüdlü Rauf Sadıqov 1980-ci il təvəllüdlü Ramin Qarayevi bıçaqla qətlə yetirib.
Təqsirləndirilən Rauf Sadıqov Cinayət Məcəlləsinin 120.1(Qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Emin ŞirvanzadəMənbə: apa.az