Nazir: Ölkədə 9 ayda 11 mlrd. manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib

Nazir: Ölkədə 9 ayda 11 mlrd. manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib

Tarix: 30 Oct 2026 10:23

Aqrar sahədə həyata keçirilən tədbirlərin nəticələri kənd təsərrüfatı istehsalının göstəricilərində öz əksini tapır. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəmizdə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib.

“APA-Economics” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Kənd Təsərrüfatı İşçiləri Günü” münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artıb:

“Buğdanın məhsuldarlığı hektardan 36,3 sentnerə yüksəlib. Meyvə və giləmeyvə istehsalı 5% artaraq 842,6 min tona çatıb. Kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika qeydə alınıb. Bu nəticələr mühüm nailiyyətlərdir. Bununla yanaşı, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq bazarlardakı dəyişikliklər daha çevik, innovativ və elmi əsaslara söykənən yanaşmalar hər birimizdən tələb edir”.

İlahə Səlimova kənd təsərrüfatı istehsal Məcnun Məmmədov

Mənbə: apa.az

Xəbər Lenti