Məcnun Məmmədov: Qarabağ və Şərqi Zəngəzurda aqrar sahənin inkişafı ölkə üçün yeni imkanlar yaradır

Məcnun Məmmədov: Qarabağ və Şərqi Zəngəzurda aqrar sahənin inkişafı ölkə üçün yeni imkanlar yaradır

Tarix: 30 Oct 2026 10:29

İşğaldan azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır.

“APA-Economics” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Kənd Təsərrüfatı İşçiləri Günü” münasibətilə keçirilən tədbirdə bildirib.

“Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmiz üçün yeni imkanlar yaradır”, - o qeyd edib.

Nazirin sözlərinə görə, Dövlət Proqramı aqrar sahənin inkişafında yeni mərhələnin əsas istiqamətini müəyyən edir: “Məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Dövlət Proqramında müəyyən edilmiş hədəflərə vaxtında və səmərəli nail olunması üçün aidiyyəti dövlət qurumları, özəl sektor, fermerlər və digər tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi hər birimiz üçün zəruridir. Aqrar sahənin hüquqi bazasının təkmilləşdirilməsi, toxumçuluq haqqında və balıqçılıq haqqında yeni qanunların qəbul edilməsi, dövlət dəstəyi mexanizmlərində yeni yanaşmaların müəyyən edilməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqini və Dövlət Proqramının prioritetlərinə uyğun istehsalın təşviqini nəzərdə tutur”.

İlahə Səlimova Məcnun Məmmədov aqrar siyasət

Mənbə: apa.az

Xəbər Lenti