Qubada yük və minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Qubada yük və minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Tarix: 17 Aug 2026 15:39

Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə avqustun 17-si saat 14 radələrində Bakı–Quba yolunun rayonun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xanım Məmmədova
Qubada yük və minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti