Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 14:54
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.08.2026-16.08.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 107 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 614 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1700,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Mənbə: apa.az