Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 18 Aug 2026 12:36
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 21 avqust tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Emil İsmayılov ADY dəmir yolları
Mənbə: apa.az