Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO

Tarix: 19 Aug 2026 10:37

Azərbaycanlı jurnalistlər Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən “TEXNOPARK” MMC-nin istehsal sahələri ilə tanış olublar.

APA-nin Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan media nümayəndələrinə müəssisənin fəaliyyəti, istehsal imkanları, məhsul çeşidləri və ixrac istiqamətləri barədə məlumat verilib.

“TEXNOPARK” Baş direktorunun müavini Botir Babatulayevin sözlərinə görə, müəssisədə elektron qaz sayğacları, məişət soyuducuları, sənaye kondisionerləri və soyutma sistemləri, lift və eskalatorlar, su nasosları, panel radiatorlar, metal konstruksiyalar, paltaryuyan maşınlar, sənaye soyuducuları, tikinti materialları və digər məhsullar istehsal olunur.

Bildirilib ki, “TEXNOPARK” 2019-cu ildə idxalı əvəz edən, yüksək texnologiyalara əsaslanan və ixracyönümlü istehsalatların yaradılması məqsədilə fəaliyyətə başlayıb. Hazırda müəssisə 17 yüksək texnologiyalı istehsal obyektini birləşdirən iri sənaye kompleksinə çevrilib. 2026-cı ilin məlumatına görə, burada 5 minə yaxın əməkdaş çalışır.

Mətbuat turu iştirakçılarına bildirilib ki, müəssisənin məhsullarının ixrac coğrafiyası və çeşidi ildən-ilə genişlənir. Hazırda “TEXNOPARK” məhsulları Azərbaycan, Rusiya, Rumıniya, Qazaxıstan, Gürcüstan, Tacikistan, Monqolustan, Türkiyə, Qırğızıstan və Əfqanıstan bazarlarına ixrac olunur.

TEXNOPARK” Baş direktorunun müavi xüsusilə Azərbaycana ixracın da genişləndiyi qeyd edib: "Hazırda müəssisənin istehsal edilən soyuducular, radiatorlar, lift və ekskalatorlar Azərbaycana ixrac edilir".

Qeyd edilib ki, müəssisədə müxtəlif xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində müasir texnologiyalar tətbiq olunur. “TEXNOPARK”ın tərəfdaşları arasında İtaliyanın “Pietro Fiorentini” və “Ferroli”, Cənubi Koreyanın “Samsung Electronics” kimi şirkətləri yer alır.

Mətbuat turu zamanı Azərbaycanlı jurnalistlər müəssisədə lift və eskalatorların, panel radiatorların, sənaye kondisionerləri və soyutma sistemlərinin, məişət texnikasının və digər məhsulların istehsal prosesini izləyiblər.

İlqar Xudiyev #Azərbaycan #Özbəkistan #Daşkənd #TEXNOPARK #sənaye #istehsal #ixrac #texnologiya #jurnalistlər #media #AzərbaycanÖzbəkistan #sənayeMüəssisəsi #məişətTexnikası #lift #eskalator #soyuducu #radiator #istehsalat #ixracat #ticarət
Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO
Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO
Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO
Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO
Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO
Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO
Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO
Azərbaycan media nümayəndələri Özbəkistanın “TEXNOPARK” müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTO

Mənbə: apa.az

Xəbər Lenti