Çərşənbə, 19 Avqust, 2026
Tarix: 19 Aug 2026 12:55
“Bəzi insanlarda Laçındakı “Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb. Sanki söhbət dövlətin açdığı kitabxanadan gedir. Amma əslində bu, özəl şəkildə yaradılmış kitabxanadır”.
APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib.
“Biz dövlət qurumu olaraq, təbii ki, belə təşəbbüsləri və fəaliyyətləri dəstəkləyirik. Bu dəstək çərçivəsində “Simurq” kitabxanasının bütün kitab fondu Mədəniyyət Nazirliyi tərəfindən təmin edilib. Mədəniyyət Nazirliyinin özəl kitabxanalarla münasibətdə qanunvericiliyin imkan verdiyi dəstək mexanizmlərindən biri kitabxana fondunun zənginləşdirilməsidir. Biz “Simurq” kitabxanası – kitabxanamı deyək, kitab köşkümü, kitab rəfimi deyək – açıldığı gündən maksimum dərəcədə dəstək göstərmişik. “Simurq” adlı kitabxana ilə bağlı məsələni də bütün bu proseslərin ümumi mənzərəsi fonunda düzgün təhlil etmək lazımdır”, - nazir müavini bildirib.
Fərid Cəfərov qeyd edib ki, bu gün Laçın üzrə dövlətin 55 kitabxana və kitabxana filialı mövcuddur, lakin hazırda fiziki olaraq onlardan heç biri rayonda yerləşmir.
Mədəniyyət Nazirliyi Fərid Cəfərov kitabxanaMənbə: apa.az