Həftə sonunadək gözlənilən hava proqnozu açıqlanıb

Həftə sonunadək gözlənilən hava proqnozu açıqlanıb

Tarix: 19 Aug 2026 15:10

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq. Həftə sonlarında avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 22-23-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlarda 20-25 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidməti hava proqnoz isti temperatur külək

Mənbə: apa.az

Xəbər Lenti