Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

Tarix: 19 Aug 2026 16:33

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsinə baxılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Emin Şirvanzadə Müdafiə Nazirliyi görüş Qazaxıstan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi
Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb
Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

Mənbə: apa.az

Xəbər Lenti