Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir

Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir

Tarix: 25 Aug 2026 09:54

Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

Bu barədə APA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət Gimnaziyası) və 3 uşaq bağçasının isə (352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası, Etibar Ömərov adına uşaq bağçası) əsaslı təmiri davam edir.

Eləcə də, ehtiyac olan 210 təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, 2025-2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 4 məktəbdə (59, 151, 324 və 313 nömrəli) və 2 uşaq bağçasında (101 və 351 nömrəli) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq istifadəyə verilib. Bununla yanaşı, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 328 nömrəli və A. Məmmədov adına uşaq bağçası) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi BŞTİ bağça məktəb təmir
Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir

Mənbə: apa.az

Xəbər Lenti