Cümə, 28 Avqust, 2026
Tarix: 27 Aug 2026 15:51
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək. Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qəbulda Yardımlı, Masallı və Cəlilabad sakinləri iştirak edə bilərlər. Qeyd olunub ki, adları çəkilən şəhər və rayonların sakinləri 8 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Bildirilib ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Gülcahan İmanqızı Elm və Təhsil Nazirliyi Emin ƏmrullayevMənbə: apa.az