Nepalda daşqında ölənlərin sayı 538 nəfərə çatıb, Çinlə sərhəddə su bəndi dağılıb

Nepalda daşqında ölənlərin sayı 538 nəfərə çatıb, Çinlə sərhəddə su bəndi dağılıb

Tarix: 28 Aug 2026 14:23

Nepal-Çin sərhədində torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.

BBC-nin xəbərinə görə, bu barədə Nepalın dövlət qurumları məlumat yayıb.

Məlumata görə, 977 nəfər, o cümlədən 517 xarici vətəndaş itkin düşüb. 100-dən çox xarici vətəndaşın xilas edildiyi qeyd olunub.

Çin mediası ölkədə təbii fəlakət nəticəsində ölənlərin sayının 5 nəfər olduğunu bildirir.

Nepalın Çinin Tibet bölgəsi ilə sərhədində yerləşən su bəndi isə dağılıb.

Toğrul Quluzadə Nepal daşqın torpaq sürüşməsi su bəndi

Mənbə: apa.az

Xəbər Lenti