ABŞ Ekvadorla narkokartellərə qarşı birgə əməliyyat keçirib

ABŞ Ekvadorla narkokartellərə qarşı birgə əməliyyat keçirib

Tarix: 29 Aug 2026 07:32

ABŞ Cənub Komandanlığı Ekvador ordusu ilə birlikdə ölkədə terror təşkilatı kimi tanınan narkokartellərə qarşı birgə əməliyyata başlayıb.

APA xəbər verir ki, əməliyyatın Latın Amerikası və Karib hövzəsində mütəşəkkil cinayətkarlıq və narkotik ticarətinə qarşı mübarizənin bir hissəsi olduğu bildirilib.

ABŞ və Ekvadorun narkoterrorçu qruplaşmalara qarşı mübarizədə qətiyyətli addımlar atdığı vurğulanıb.

Əməliyyatın müddəti və əhatə dairəsi barədə əlavə məlumat verilməyib.

ABŞ Ekvador narkokartel

Mənbə: apa.az

Xəbər Lenti