Bazar, 30 Avqust, 2026
Tarix: 29 Aug 2026 21:36
ABŞ-ın müdafiə naziri Pit Heqset 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırdığı barədə xəbəri təkzib edib. APA xəbər verir ki, Heqset bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Bu, yüz faiz yalandır”, – deyə Heqset qeyd edib. O, NBC News-un anonim mənbələrə istinad etməsini də tənqid edib.
Bundan əvvəl “The Washington Post” Donald Trampın Respublikaçılar Partiyasının sponsorlarına 2028-ci il seçkilərində vitse-prezident Cey Di Vensin qalib gəlməsini istədiyini bildirdiyini yazmışdı.
Pit Heqset ABŞ 2028 seçkiləri Cey Di Vens
Mənbə: apa.az