KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək

KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək

Tarix: 29 Aug 2026 23:42

Almaniya kansleri Fridrix Merz gələn həftənin əvvəlində Rusiyaya qarşı Avropa İttifaqının ümumi tədbirlərindən ayrıca yeni sanksiyalar elan edə bilər. Bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, tədbirlər arasında rusiyalı diplomatların ölkədən çıxarılması, Berlindəki Rusiya Evinin bağlanması və Ukraynaya yeni zərbə silahlarının göndərilməsi ola bilər.

Nəşr bildirir ki, Berlinin əsas məqsədlərindən biri Almaniyada qarşıdan gələn yerli seçkilər ərəfəsində “Almaniya üçün Alternativ” partiyasının mövqelərini zəiflətməkdir.

Almaniya Rusiya sanksiyalar Fridrix Merz

Mənbə: apa.az

Xəbər Lenti