Bazar, 30 Avqust, 2026
Tarix: 30 Aug 2026 03:56
Rumıniya Avropa İttifaqının pandemiyadan sonra bərpa fondlarından təxminən 770 milyon avro vəsaiti itirmək riski ilə üzləşib. Bu barədə “Euractiv” məlumat yayıb.
Səbəb hökumət və parlamentin avqustun 31-dək dövlət sektorunda əməkhaqqı sisteminin islahatını nəzərdə tutan əsas qanunvericilik dəyişikliklərini qəbul etməyə çatdırmamasıdır.
Müddətin ötürülməsi nəticəsində vəsaitin itirilməsi gözlənilir ki, bu da onsuz da gərgin vəziyyətdə olan Rumıniya dövlət maliyyəsinə əlavə yük yaradacaq.
Rumıniya Avropa İttifaqı bərpa fondu 770 milyon avro
Mənbə: apa.az