Cümə, 4 Sentyabr, 2026
Tarix: 03 Sep 2026 14:47
2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
Xatırladaq ki, Formula 1 sentyabrın 24-26-da Azərbaycan Qran-prisi Bakıda keçiriləcək.
Gülcahan İmanqızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi MÜDTA tədris Formula 1Mənbə: apa.az