Cümə, 4 Sentyabr, 2026
Tarix: 03 Sep 2026 18:00
Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.
Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Son məlumata əsasən, 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.
Qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.
Gülcahan İmanqızı MÜTDA şagird I sinfə elektron qəbulMənbə: apa.az