The Times: Britaniya büdcəyə qənaət məqsədilə hərbi təlimləri ləğv edib

The Times: Britaniya büdcəyə qənaət məqsədilə hərbi təlimləri ləğv edib

Tarix: 03 Sep 2026 23:57

Böyük Britaniya Silahlı Qüvvələrinə büdcə vəsaitlərinə qənaət etmək məqsədilə planlaşdırılmış bir sıra hərbi təlimləri dayandırmaq barədə göstəriş verilib.

Bu barədə “The Times” yüksəkvəzifəli hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, 30 milyon funt sterlinqə (təxminən 40,6 milyon dollar) qənaət etmək məqsədilə 90-dan çox hərbçinin iştirakının nəzərdə tutulduğu bütün təlimlər dayandırılıb. Bu kateqoriyaya aid fəaliyyətlərin dərhal dayandırılması tapşırılıb.

Nəşr yazır ki, qərar nəticəsində bir sıra irimiqyaslı ordu təlimləri də ləğv edilib. Bunların sırasında Uelsdə “Challenger 2” tankları və “Apache” zərbə helikopterlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan altı həftəlik döyüş atışları da var.

Bundan başqa, həmin təlimlərlə əlaqədar ehtiyatda olan hərbçilərin hazırlığı son anda ləğv edilib.

Tammiqyaslı hazırlığı yalnız yaxın zamanda yerləşdirilməsi nəzərdə tutulan, yüksək hazırlıq vəziyyətində olan və ya çevik reaksiya funksiyalarını yerinə yetirən hərbi bölmələr davam etdirəcək.

“The Times” mövcud vəziyyəti 1973-cü ildəki neft böhranı ilə müqayisə edib. Həmin vaxt Britaniya Silahlı Qüvvələrinə yanacaq xərclərini 10 faiz azaltmaq tapşırılmışdı. Nəşr hazırkı məhdudiyyətlərin həmin dövrdəkindən daha ciddi olduğunu qeyd edir.

Böyük Britaniya ordu hərbi təlimlər büdcə

Mənbə: apa.az

Xəbər Lenti