“Novaya Gazeta” Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib

“Novaya Gazeta” Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib

Tarix: 04 Sep 2026 18:20

“Novaya Gazeta” Rusiyada “xarici agent” elan olunub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, internet-nəşr Rusiya Federasiyasında “xarici agent”lərin siyahısına salınıb.

Bundan başqa, “xarici agent”lərin siyahısına “İstoriçeskaya ekspertiza” jurnalı, amerikalı tədqiqatçı Tatyana Tatarinova, yazıçı Feliks Sandalov və publisist Sergey Leybqrad daxil edilib.

Fərid Əkbərov “Novaya Gazeta” “xarici agent”

Mənbə: apa.az

Xəbər Lenti